Ermənistanın Baş naziri Nikol Paşinyan Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümü münasibətilə Çin Prezidenti Si Cinpin və Dövlət Şurasının sədri Li Çyana təbrik məktubları göndərib.
Vətəninfo.az xəbər verir ki, Paşinyan Si Cinpinə ünvanladığı məktubda Çin xalqını milli bayram münasibətilə təbrik edib və ölkənin son onilliklərdə əldə etdiyi iqtisadi, elmi-texnoloji və digər nailiyyətləri qeyd edib.
Ermənistan hökumətinin yaydığı məlumata görə, Paşinyan Ermənistan və Çin arasında münasibətlərə də toxunub.
“Ermənistan ilə Çin arasında qurulan yüksək səviyyəli siyasi dialoq və çoxşaxəli əməkdaşlıq strateji tərəfdaşlığa çevrilib və bu gün qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla inkişaf edir”, – deyə məktubda bildirilib.
Paşinyan birgə səylər nəticəsində iki ölkə və xalqların rifahı naminə yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.
Ermənistan Baş nazirinin Li Çyana göndərdiyi təbrik məktubunda da iki ölkə arasındakı münasibətlərin son illərdə yeni səviyyəyə çatdığı vurğulanıb.
Məktubda Ermənistan və Çin arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin “strateji məzmun” qazandığı qeyd olunub.
Paşinyan tərəfdaşlığın gələcəkdə də dərinləşdiriləcəyinə ümid etdiyini bildirib.


























