image-1backend

Pendir sizi öldürə bilər – Diyetoloq açıqladı

image-reklam_sirab_01

Diyetoloq Yekaterina Stetsenko pendirin faydalı və zərərli xüsusiyyətlərini sadalayıb. Mütəxəssis qeyd edib ki, məhsul orqanizmin işinə müsbət təsir göstərən yüksək miqdarda zülal və mikroelementlərin (fosfor, kalsium) olması ilə faydalı olur. Vətəninfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

“Pendir zülalları amin turşularının tərkibinə görə insan toxuma və orqanlarının zülallarına yaxındır, ona görə də ən faydalısı hesab olunur. Pendirin tərkibində əvəzolunmaz amin turşuları: lizin və triptofan var”, – diyetoloq bildirib.

Bundan əlavə, pendir A, D və B qrup vitaminlərinin (B1, B2, B12) tədarükçüsüdür. Bu mikroelementlər immunitetin və sinirlərin qorunmasında böyük rol oynayır.

Mütəxəssis eyni zamanda qeyd edib ki, pendir çoxlu miqdarda yağ və kalori olan qidadır. Bu xüsusiyyəti nəzərə almadan yesəniz, sağlamlığınız şübhəsiz ki, pisləşəcək və siz də kökələcəksiniz.

Pendir artrit və miqren kimi xəstəlikləri olan insanlar üçün də zərərli ola bilər. Pendir yüksək miqdarda protein səbəbiylə oynaq ağrılarının şiddətlənməsinə kömək edə bilər, həmçinin tiramin tərkibinə görə baş ağrılarına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image