image-reklam-veteninfo
image-pezeskianbackend

Pezeşkiyanın istefa cəhdi və SEPAH-ın dirənişi: İran daxilində dərinləşən hakimiyyət böhranı

image-reklam-veteninfo

“İran İslam Respublikasının siyasi səhnəsində müşahidə olunan son gərginlik, ölkənin idarəetmə sistemindəki ziddiyyətləri növbəti dəfə ifşa edir. Prezident Məsud Pezeşkiyanın təqdim etdiyi istefa ərizəsi və buna qarşı SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) nümayiş etdirdiyi sərt dirəniş, İranın ali rəhbərliyi ilə icraedici hakimiyyət arasında dərin uçurumun olduğunun göstəricisidir”.

Bu fikirləri İran prezidenti Məsud Pezeşkiyanın istefa ərizəsi yazması ilə bağlı xəbərləri şərh edən zaman Vətəninfo.az-a açıqlamasında siyasi ekspert Arzuman Muradlı bildirib. Muradlı qeyd edib ki, Pezeşkiyanın rəhbərlik etdiyi hökumət, həm daxili iqtisadi böhranın ağırlığı, həm də beynəlxalq sanksiyalar fonunda çıxılmaz vəziyyətdədir. Prezidentin islahatçı ritorikası ilə seçkilərə qatılması və daha praqmatik xarici siyasət vədi verməsi, SEPAH-ın nəzarətində olan mühafizəkar qanad tərəfindən hər zaman şübhə ilə qarşılanıb: “İstefa cəhdi, sadəcə bir emosional qərar deyil, hökumətin ölkənin taleyüklü məsələlərində, xüsusən də xarici siyasət və təhlükəsizlik sahəsində real qərarlar qəbul etmək imkanından məhrum edilməsinə qarşı bir etirazdır”.

image-arzuman-muradl__

Siyasi Ekspertin sözlərinə görə, SEPAH-ın bu istəfaya qarşı çıxması və Pezeşkiyanı vəzifədə qalmağa məcbur etməsi, İranda əsl hakimiyyətin kimin əlində olduğunu bir daha təsdiqləyir: “ SEPAH üçün Pezeşkiyanın vəzifəsindən ayrılması, daxili nizamın pozulması və sistemin idarəolunmazlığı riski deməkdir. Korpus, prezidenti bir növ “vitrin” və ya “büfer” olaraq istifadə etməkdə maraqlıdır. Beləliklə, prezidentin istefası SEPAH-ın yürütdüyü ideoloji və hərbi siyasətin iflası kimi qəbul ediləcəyi üçün, onlar öz mövqelərini qorumaq məqsədilə icra hakimiyyətini girov saxlayırlar”. Arzuman Muradlının sözlərinə görə, Pezeşkiyanın hökumətinin SEPAH-ın kölgəsində qalması, İranın yaxın gələcəkdə həm daxili sosial partlayışlara, həm də beynəlxalq təcridin dərinləşməsinə qarşı müqavimətini zəiflədir. İsteza cəhdi göstərir ki, Tehran rejimi daxilində “isahat” artıq qeyri-mümkündür: “SEPAH-ın bu dirənişi, əslində, dövləti idarə etmək deyil, rejimin ideoloji təməllərini və iqtisadi hegemonluğunu qorumaq üçün yaranmış avtoritar bir qısnama mexanizmidir. Bu proseslər göstərir ki, İran rəhbərliyi islahatlara deyil, öz hakimiyyətini qorumaq naminə status-kvonu saxlamağa köklənib, bu isə ölkəni daha böyük qeyri-müəyyənliyə aparır”.

 

Vətəninfo.az

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki