image-photo-2022-03-06-14-35-17backend

Qadınlarımızın ordu quruculuğundakı xidmətləri şərəf və qürur mənbəyidir.

image-reklam_sirab_01

 

Bildiyimiz kimi 8 Mart Beynəlxalq qadınlar günüdür.Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlamışdır. Klara Setkin 1910-cu il 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olmuşdur.1977-ci ildə BMT bu günü qadınlar günü kimi qeyd edilməsini rəsmiləşdirib. Dünyanın bir çox ölkəsində olduğu kimi bizim ölkəmizdə də həmçinin qeyd olunur.1918-ci ildə Azərbaycan xalq cümhuriyyəti dövründə ilk qərarlarıdan birdə qadınlara seçmək və seçilmək hüququ verməsi cəmiyyətimizdə qadınlara xüsusi hörmətın numanəsi idi.Ulu Öndər Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşımış və  ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır və bunun nəticəsində lider qadınlar yetişirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.Bir çox sahədə olduğu kimi hərb sahəsindədə qadınlarımız əməyi çox böyükdür.Birinic ve ikinic Qarabağ müharibəsinin iştirakçıları olmuş,vətinin , torpağının botuvluyu uğurunda mubarizə aparmış və yeri gələndə bu yolda canından keçmiş şəhid qadinlarimizda az deyil.Gültəkin Əsgərova 1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1992-ci ilin aprelində Vətənin dar günündə könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Döyüşün ən qızğın nöqtələrində olub və 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.1993-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Arəstə Baxışova 44 gün davam edən 2-ci Qarabağa müharibəsinin yeganə qadın şəhidi idi.Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Qubadlı döyüşləri zamanı oktyabrın 23 şəhadətə ucalmışdır.Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.Ölümüdən sonra “Vətən uğrunda”medalı ilə təltif edilmişdir.Azərbaycan qadınlar hər zaman tarixə iz buraxmış ,öz cəsarətleri, duruşları,əxlaqlari ilə dünyaya örnək olmuşdur.İlk diplomat qadın Sara Xatun, bizlərə onlarla əvəzedilməz əsərlər qoymuş Xurşidbanu Natəvan ve her zaman örnək ala biləcəyimiz qadınlarımız.Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki lmövqeyi onun uğurlu sabahına, xalqın firavanlığına ən  ciddi təminatlardan biridir. Respublikamizda demokratik mühit ölkə qadınlarının öz arzularını gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayri-seçkiliyi aradan qaldıraraq, qadının cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.

 

XƏLİLOVA SƏRVİNAZ-YAP


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki