image-reklam-veteninfo
image-18b767d7-f82b-492a-b37c-69cd131b180ebackend

“Qarabağ və Şərqi Zəngəzurda ekoloji cinayətlər beynəlxalq hüquq müstəvisində” layihəsinin icrasına başlanılıb

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Hüquq Sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyi tərəfindən “Qarabağ və Şərqi Zəngəzurda ekoloji cinayətlər beynəlxalq hüquq müstəvisində” adlı layihənin icrasına başlanılmışdır.

Layihənin əsas məqsədi Ermənistan tərəfindən uzun illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında törədilmiş ekoloji cinayətlərin beynəlxalq hüquq normaları əsasında araşdırılması, hüquqi cəhətdən təhlil olunması, mövcud faktların sistemləşdirilməsi, sənədləşdirilməsi və geniş ictimaiyyətə, eləcə də beynəlxalq auditoriyaya çatdırılmasına töhfə verməkdir.
Layihə çərçivəsində beynəlxalq hüquq, ekologiya, iqtisadiyyat və media sahələrini əhatə edən fəaliyyətlər həyata keçiriləcək. İşğal dövründə təbii sərvətlərə vurulmuş zərər, meşələrin məhv edilməsi, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, su ehtiyatlarının çirkləndirilməsi və digər ekoloji hüquq pozuntuları beynəlxalq hüququn prinsipləri əsasında təhlil edilmiş rəsmi məlumatlar və açıq mənbələr əsasında analitik materiallar ictimaiyyətə təqdim olunacaq.
Layihənin ekspert qrupunda tanınmış hüquqşünaslar və mütəxəssislər təmsil olunurlar. Ekspertlər sırasında BDU Beynəlxalq Ümumi Hüquq kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov, BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi və ekologiya hüququ üzrə ekspert Anar Əsədov , həmçinin iqtisadçı ekspert Elman Sadıqov yer alırlar. Ekspertlərin iştirakı ilə ictimai dinləmənin mövzuları, təqdimat istiqamətləri və müzakirə formatı müəyyənləşdirilmişdir.
Layihənin maarifləndirmə komponenti çərçivəsində internet televiziya proqramları hazırlanacaq, ekoloji cinayətlərin beynəlxalq hüquqi aspektləri üzrə ekspert müzakirələri təşkil ediləcək və müxtəlif media platformalarında məlumatlandırma fəaliyyəti həyata keçiriləcək.
Layihə çərçivəsində hazırlanacaq analitik materialların, ictimai dinləmələrin, media çıxışlarının və yekun forumun ölkəmizdə ekoloji ədalət məsələlərinin beynəlxalq hüquq müstəvisində daha geniş müzakirəsinə, Ermənistanın törətdiyi ekoloji cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsinə və beynəlxalq ictimaiyyətin bu istiqamətdə məlumatlandırılmasına mühüm töhfə verəcəyi gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki