image-img-20221228-wa0012backend

Qərbi Azərbaycan icmasının yaradılması soydaşlarımızın Vətən torpağına qayıdışının başlanğıcıdır

image-reklam_sirab_01

Tarixən torpaqlarımıza qənim kəsilən mənfur qonşularımız vətənimizin dilbər guşələrini min bir hiylə ilə özününküləşdirmək istəmişlər. Müxtəlif yollara əl ataraq təxribatlar törətmiş, milli maraqları naminə Azərbaycanı bir neçə yerə bölmüşlər. Tarixi ”Gülüstan və Türkmənçay” sülh müqavilələrinin imzalanması bu bölgünü daha da tezləşdirdi. Azərbaycanın şimalı çar Rusiyasının, cənubu isə türk mənşəli Qacarlar sülaləsi olan İranın əsarəti altına düşdü. Türkmənçay sülh müqaviləsinin imzalanmasından 90 il sonra şimali Azərbaycanda milli qüvvələrin və milli məfkurənin daşıyıcılarının min bir zəhməti hesabına şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdi. Azərbaycanın qabaqcıl ziyalıları hesabına yenicə müstəqilliyə qədəm qoymuş AXC qısa müddətdə bir çox sahələrdə uğurlara imza atdı. Milli universitetin təsis edilməsi, milli valyutanın tədavülə buraxılması, ordu quruculuğu xalq cümhuriyyətinin əsas fəaliyyətinin nəticəsi oldu. Ancaq, 23 ay yaşamasına baxmayaraq cümhüriyyət ideyaları sonrakı Azərbaycan dövlətçiliyinin bazisi oldu. 70 il sovet əsarətindən sonra xalqımız yenidən öz müstəqilliyini bərpa etdi və bu müstəqillik bu gün əmin əllərdədir.
.
1918- ci ildə itirilmiş Qərbi Azərbaycanın mərkəzi İrəvan şəhəri və sonra 1920- ci ilin noyabrında Ermənistana bağışlanmış Zəngəzur mahalı btarixi torpaqlarımızın zaman -zaman itirilməsinin növbəti təzahüri idi. Vətənin bu dilbər guşəsini ermənilərə bağışlayan Sovet Rusiyası yenə öz çirkin və məkrli siyasətlərini davam etdirməkdə idi. Belə ki, SSR Nazirlər Sovetinin 1947- ci ilin 23 dekabr tarixli, 4083 saylı qərarına əsasən Azərbaycanlıların tarixi torpaqlarından köçürülmə prosesinə başlanıldı. 1948-1953- cü illər aralığında 5 8 mindən çox soydaşımız zorla öz dədə-baba torpağını itirmək məcburiyyətində qaldı. Soydaşlarımız Azərbaycanın əsasən Kür-Araz ovalığına yerləşdirildi.
Torpaqlarımıza göz dikmiş mənfur erməni qəsbkarları bununlada kifayətlənmədi. 1988- ci ilin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan olan soydaşlarımızı (300 minə yaxın insan) öz doğma yurdlarından didərgin saldılar. Doğma torpaqlarından qaçqın düşən insanlar Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirildilər. Soydaşlarımızın hüquqlarını müdafiə etmək məqsədilə 1989- cu ildə “Azəbaycan Qaçqınlar Cəmiyyəti” adlı qeyri-hökumət təşkilatı yaradıldı. Cəmiyyət cari ilin avqust ayının 3 -də keçirilən ümumi yığıncaqda “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olundu.
İndiki Ermənistan ərazisinin Qərbi Azərbaycan torpaqları olduğunu hə lə zamanında Ulu öndər Heydər Əliyev dəfələrlə beynəlxalq tribunalardan səsləndirmişdir. 1998- ci il 10 dekabr tarixdə “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilmiş beynəlxalq simpoziumda çıxışı zamanı Ulu öndər Heydər Əliyev demişdir: “ İndi Ermənistan adlan anərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı- bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan olubdur. Təəssüf ki, bu ərazilərdən , diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də
olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi , erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.
Bu ilin dekabr ayının 24- də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşdə cənab Prezident İlham Əliyev də Qərbi Azərbaycan torpaqları və soydaşlarımızın ata –baba yurdlarına qayıdışı barədə qətiyyətli və ədalətli mövqe nümayiş etdirdi. Prezident İlham Əliyev dedi: ” Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi , dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb;
İcma bir neçə istiqamət üzrə işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən işlər bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub , icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək . Əlavə göstərişlər də veriləcəkdir. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır”.
30 ilə yaxın bir dövrdə erməni qəsbkarları tərəfindən işğal edilmiş Qarabağ və ətraf yeddi rayon qəhrəman oğullarımızın və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində 44 günlük Vətən müharibəsində düşməndən geri alındı. Beynəlxalq aləmin illərdir “ ədalətli” yanaşması heç bir nəticə vermədi. Baxmayaraq ki, Qarabağ münaqişəsinin həllinə və Ermənistanın təcavüzkar ordusunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsi qəbul edilmişdi. Amma nə fayda, qətnamənin icrası belə üfüqdə görünmürdü.
İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə Qərbi azərbaycanlı soydaşlarımnızı öz dədə-baba yurdlarına qaytarılmasına nail olacaq və haqq-ədalət yerinini alacaqdır.

Mürvət İbrahimov,
Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki