9 aprel 2026-cı il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “QHT nümayəndələri ilə onlayn görüş” adlı tədbirdə iştirak edib. Qlobal Fond, dövlət qurumları və QHT nümayəndələri növbəti üçillik layihəni müzakirə ediblər. Dövlət tenderlərinin nəticələri və QHT-lərin fəaliyyətinə təsir edən yeni dəyişikliklər nəzərdən keçirilib.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























