Ermənistan Respublikası sərhəd delimitasiyasına məcbur edilməyib, lakin qeyd etmək lazımdır ki, bəli, Azərbaycan 4 kəndin qaytarılmasında israrlı idi.
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasının efirində baş nazir aparatının İctimaiyyətlə əlaqələr və İnformasiya mərkəzinin direktoru Qor Tsarukyan Tavuş və Qazax rayonları arasında aparılan demarkasiya prosesindən danışarkən bildirib.
Azərbaycanın Ermənistanı hətta müharibə ilə hədələməsinə gəlincə, Tsarukyan deyib ki, rəmi səviyyədə belə bir şey olmayıb, amma bu cür bəyanatlar ictimaiyyət tərəfindən səsləndirilib.
“Azərbaycan delimitasiya prosesi aparılmadan, heç bir sərhəd xətti göstərilmədən kəndlərin qaytarılmasını təkid edirdi: kəndləri qaytarın, vəssalam! Erməni tərəfinin tələbləri nəticəsində biz məhz bu delimitasiya prosesinə başladıq, onun vasitəsilə Sovet İttifaqının dağılması zamanı mövcud və hüquqi əhəmiyyətli sərhəd xəttini dəqiq müəyyən etmək və delimitasiya aparmaq mümkün oldu. Proses Alma-Ata sazişinə əsaslanan dövlət sərhədini müəyyənləşdirdi”.
Sərhədlərin delimitasiyasının Ermənistan Konstitusiyasına və beynəlxalq müqavilələrə zidd olması ilə bağlı tənqidlərə toxunan Tsarukyan qeyd edib ki, proses beynəlxalq hüquqi müqavilə çərçivəsində aparılır.
“Ermənistan və Azərbaycanın güclü beynəlxalq hüquqi bazası var, onun əsasında delimitasiya prosesinə başladılar və ümid edirik ki, delimitasiya davam edəcək. Beynəlxalq hüquqi bazanın ən effektivi 1991-ci ildə tərəflər tərəfindən təsdiq edilmiş Alma-Ata Bəyannaməsidir, onun əsasında Minsk sazişi imzalanıb, təsdiq edilib və ratifikasiya edilib.
Minsk sazişinin 5-ci bəndinə və Alma-Ata Bəyyannaməsinin 3-cü bəndinə, habelə MDB Nizamnaməsinin müvafiq müddəalarına əsasən, tərəflərin bir-birinin sərhədlərini və mövcud sərhəd xətti boyunca ərazi bütövlüyünü tanıması təsdiq edilir. Tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur”, – Tsarukyan deyib. O, hər iki ölkədə bu sazişlərin müvafiq ratifikasiya prosesindən keçdiyini bildirib və deyib ki, bu isə hər iki ölkənin möhkəm hüquqi bazaya malik olması deməkdir.
Tsarukyan qeyd edib ki, bu proses sərhədin çəkilməsi, sərhədin tənzimlənməsi, ərazinin dəyişdirilməsi prosesi deyil, Sovet İttifaqının mövcud sərhədlərinin bərpası və ya təkrar istehsalı prosesidir.