image-2backend

Yeni XİN rəhbəri:Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığı mühüm regional format olaraq qalacaq

image-reklam_sirab_01

Gürcüstan Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək.

Vətəninfo.az xəbər verir ki, bunu Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq”, – nazir vurğulayıb.

Maka Boçorişvili Gürcüstanın qarşıdakı illərdə balanslaşdırılmış qonşuluq siyasəti aparacağını, regionda sülhün və sabitliyin təşviqi prinsiplərinə əsaslanan xarici siyasət yürüdəcəyini qeyd edib. O əlavə edib ki, Gürcüstan qonşu ölkələr arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək ki, bu da bütün regionun marağındadır.

Boçorişvili sülhün və sabitliyin möhkəmləndirilməsinin regionun unikal potensialından tam istifadə etmək üçün vacib olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki