image-e1d435ae-d488-4175-99da-44a603e9aefdbackend

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə verilən mühüm mesajlar

image-reklam_sirab_01

 

 

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının “Covid-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri – Dünya Turizm Təşkilatının Baş katibi ZurabPololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru TatyanaValovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi XusravNoziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər qatılıb.

Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev bildirib ki, pandemiyanın başlamasından dərhal sonra Qoşulmama Hərəkatı COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edib. Azərbaycanın təklifi ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının liderlər səviyyəsində pandemiya ilə bağlı xüsusi sessiyası çağırılıb.

Prezident bildirib ki, “Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib” . Prezident qeyd edib ki, COVID-19 pandemiyası dövründə olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək: “Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq post-pandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”, o bəyan edib.

Azərbaycan prezidenti BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 30 il kağız üzərində qalan 4 qətnaməsini yalnız özünün yerinə yetirdiyini bildirib. O, azad edilmiş ərazilərin bərpasından danışarkən deyib ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib: “Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir”.

 

Aysel Mənsimova   – siyasi sərhçi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki