image-40backend

Rusiya 380 nəfəri Əfqanıstandan təxliyə edir

image-reklam_sirab_01

Rusiya özünün və başqa ölkələrin vətəndaşlarını Əfqanıstandan təxliyə edir.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı tapşırıq verib.

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə ilə 380 nəfər təxliyə olunacaq.

Məlumata görə, Rusiyanın 3 “İl-76” hərbi-nəqliyyat təyyarəsi noyabrın 18-də Əfqanıstana enib.

Vurğulanıb ki, Rusiya, Belarus, Qırğız Respublikası, Ermənistan, Ukrayna və Əfqanıstanın 380-dən çox vətəndaşı təyyarənin göyərtəsinə minməyə başlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki