image-rus-turistbackend

“Gürcü arzusu”nun rəhbəri: Rusiya vətəndaşları üçün viza rejiminə ehtiyac yoxdur

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Gürcüstanın müxalif qüvvələrin bir hissəsi və qeyri-hökumət təşkilatları Ukraynada münaqişə başlayandan sonra rusların Gürcüstana kütləvi və nəzarətsiz daxil olması barədə dəfələrlə bəyan ediblər ki, bu da onların fikrincə, ölkə üçün təhlükə yaradır. Bəziləri hətta ruslar üçün viza rejiminin tətbiqinin tərəfdarı idi.

 

Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqinə ehtiyac görmür, vəziyyət nəzarət altındadır.

“Sputnik”ə açıqlamasında  hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, vəziyyət tam nəzarət altındadır. Bütün idarələr bununla bağlı məsuliyyət daşıyır və bundan sonra da bu məsuliyyətlə fəaliyyət göstərəcək. Bu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının mövqeyidir”. Kobaxidze  iddia edib ki, hakimiyyətin əleyhdarları iki dəfə rusiyalı turistlərin ölkənin təhlükəsizliyinə ciddi təhlükə törətdiyi iddiası ilə kampaniyaya başlayıblar və hər iki dəfə də məlum olub ki, bütün bunlar əsassız, süni yaradılmış və yalnız siyasi motivli mövzudur: “Ümumiyyətlə təhdidlərə gəlincə, şübhəsiz ki, təhdidlər var və biz artıq bir neçə aydır ki, bu haqda danışırıq.Ona görə də biz bütün aktorları, o cümlədən radikal müxalifəti və aidiyyatı QHT-ləri bu cür ritorikadan çəkinməyə çağırırıq”.

 

Lakin onun sözlərinə görə, hakimiyyətin əleyhdarları belə ritorikadan əl çəkmir və təxribat xarakterli hərəkətlərini davam etdirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image