image-iran-ermenistanbackend

İbrahim Rəisi Paşinyanla görüşdə Qərbi hədələdi

image-reklam_sirab_01

İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla “Səadabad” tarixi-mədəni kompleksində keçirdiyi mətbuat konfransı zamanı bəyan edib ki, Paşinyanın Tehrana səfəri, şübhəsiz ki, iki ölkə arasında əlaqələrin genişlənməsində sıçrayış olacaq.

 

Vətəninfo.az Tehranın İRNA agentliyinə istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bildiirb ki, iki ölkə arasında yaxşı münasibətlər regional və beynəlxalq proqramların əlaqələrinin yaxşılaşmasına gətirib çıxaracaq: “Qafqaz İranın tarixinin, sivilizasiyasının və mədəniyyətinin bir parçasıdır və biz bu regionda baş verən hadisələrə həssas yanaşırıq. Qafqazda təhlükəsizlik və sülh İran üçün çox vacibdir”.

– Rəisi üstüörtülü şəkildə ABŞ və Avropa ittifaqına da mesaj göndərib və bildirib ki, İran inanır ki, Qafqazdakı problemləri region oyunçuları həll etməlidir və əcnəbilərin istənilən müdaxiləsi yeni çağırışlara səbəb olacaq”.

Raisi həmçinin qeyd edib ki, Paşinyanla danışıqların əsas mövzusu iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əlaqələrin inkişafı olub. sözlərinə görə, son aylarda Ermənistanla ticarət dövriyyəsi 43 faiz artıb, lakin tərəflər bunu 3 milyard dollara çatdırmağı planlaşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image