Vətəninfo.az erməni KİV-nə istinadən xəbər verir ki, Xocalı qatili,Füzulidə, Ağdamda, Zəngilanda Azərbaycana qarşı terror əməliyyatlarının iştirakçılarından biri ,istefada olan general, Ermənistan parlamentinin sabiq üzvü Seyran (Sedrak) Saroyan gəbərib.Məlumata görə,1967-ci il təvəllüdlü Saroyan İrəvanda xəstəxanaların birində qaraciyər çatışmamazlığından ölüb.Onun haqqında geniş açıqlama yayan erməni mediası qeyd edirlər ki,
Seyran Saroyan Qarabağ hərəkatında fəal iştirak edib. Onun tabeliyində olan dəstə, sonralar “Artsvik-10” batalyonu Kəlbəcər,Füzuli, Zəngilanın işğalında iştirak edib.