image-annabackend

Nazirlik büdcəsindən Anna Akopyana 100 milyon dram(36 milyon manat) ayrıldı

image-reklam_sirab_01

Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin büdcəsindən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna 100 milyon dram (36 milyon manat və ya 21 milyon 180 min 208 ABŞ dolları)  ayrılacaq ki, bunun da 50 milyon dramı (18 milyon manat) bir nəfərdən təcili alış üçün istifadə olunacaq. Vəsaitin təcili olmasına səbəb 26-30 sentyabr tarixlərində Anna Akopyanın təşəbbüsü ilə həyata keçirilən “Potensial” layihəsinin həyata keçirilməsi üçün fondun nəqliyyat, yemək, yaşayış, texniki vasitələrin qayğısına qalmağı planlaşdırmasıdır.

Həmin 50 milyondan 20 milyon dramın iştirakçılar üçün aviabiletlərin alınmasına yönəldilməsi nəzərdə tutulur.

Niyə Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Paşinyanın həyat yoldaşının fondunun təşkil etdiyi tədbir üçün satınalma prosesinin təşkil edilməməsinə qərar verib?

Qeyd edilir ki,, 100 milyon dramın digər yarısı, 50 milyon dram isə nazirlik tərəfindən “Mənim addımım” fondunun həyata keçirdiyi tədbir, xüsusən də müsabiqə çərçivəsində inkubasiya proqramlarının sifarişi üçün ayrılacaq. “İdeyadan Biznesə” qrantları çərçivəsində elan edilən “İdeya mərhələsində məhsullar üçün qrantlar” üçün qeyd edilən nazirliyinin müqavilə bağladığı təşkilatlar qalib olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image