“Soçi danışıqları göstərdi ki, Qarabağ məsələsi gözlənilmir və dəhlizlə bağlı heç bir sual yoxdur. Putin “Valday” İqtisadi Forumunda qeyd edib ki,Qərb versiyasından fərqli olaraq Qarabağ problemi var və onu həll etmək lazımdır. Putin gözəl bilir ki, Qarabağ Azərbaycanın tərkibində qalanda sülhməramlı qüvvələr çıxarılır”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq baş naziri Hrant Baqratyan özünün facebook sosial şəbəkəsindəki hesabında paylaşıb. Baqratyan bildirib ki, Qərb dəhliz məsələsində susur: “Nəzərinizə çatdırım ki, Nikol Paşinyan öz qəzetində Rusiyanın dəhlizdən əsas benefisiar olduğunu yazmışdı. Yumşaq desək, reallığa uyğun gəlmədiyi ortaya çıxdı. Zatulin haqlı idi”.