image-erdoganbackend

Ərdoğandan üç nazirliyə təyinatlar

image-reklam_sirab_01

Vətəninfo.az  qardaş Türkiyənin Rəsmi Qəzetinə istinadən xəbər verir ki, Türkiyə Respublikasının prezidenti  Rəcəb Tayyib Ərdoğanın imzası ilə bəzi vəzifədən azad etmə və təyinat qərarları ilə bağlı sərəncam imzalayıb.

Məlumata görə, müvafiq olaraq, Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək üzrə baş direktoru Nurcan Öndər və Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Məkan Planlaşdırılması üzrə baş direktor müavini Ayşe Nazan Yılmaz vəzifələrindən azad ediliblər.

Məlumata görə, Ərdoğanın imzası ilə dərc edilən sərəncamlara əsasən, Əmək və Sosial Müdafiə Nazirliyinin Əmək üzrə baş direktoru Nurcan Öndər vəzifəsindən azad edilib. Onun yerinə Beynəlxalq İşçi Qüvvəsinin baş direktoru Sadettin Akyıl təyin edilib. Hakkı Şekerbay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək məsələləri üzrə baş direktor müavini təyin edilib.

Türkiyə prezidnetinin sərəncamı ilə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Məkan Planlaşdırılması üzrə Baş Müdir müavini Ayşe Nazan Yılmaz vəzifəsindən azad edilib. Səlamettin Ermiş və Orhan Bərdə Sahil Təhlükəsizliyi Baş İdarəsində vakant İdarə Heyətinin üzvləri təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image