image-nihad_huseynli_200922_03backend

Şagirdlərə müxtəlif tədris proqramlarını öyrənməyə imkan verən qeyri-kommersiya təşkilatının əsası qoyulub – FOTOLAR

image-reklam_sirab_01

17 yaşlı azərbaycanlı Nihad Hüseynli öz həmyaşıdlarıyla birgə Azərbaycanda dövlət məktəblərindən olan şagirdlərə müxtəlif tədris proqramlarını öyrənməyə imkan verən qeyri-kommersiya təşkilatının əsasını qoyub.

Trend xəbər verir ki, müsahibəsi zamanı Nihad Hüseynli Bakıda doğulub böyüdüyünü, lakin hal-hazırda ali təhsilimi davam etdirmək üçün Birləşmiş Krallığa köçdüyünü bildirib:

“Bu layihə ideyası mənim ağlıma orda olarkən gəlmişdi. O zaman anladım ki, həyatda yeni şeyləri təcrübə edə bilən və yüksək keyfiyyətli təhsil alan şanslı insanlardan biriyəm. Öz təcrübəmi Azərbaycanda olan həmyaşıdlarımla bölüşmək istəyi məni ilhamlandırdı.

Mənim kimi xaricdə təhsil alan bir qrup şəxsi bir araya yığaraq biz Azərbaycanda müxtəlif dövlət məktəblərini ziyarət etdik və milli kurrikulumda toxunulmayan müxtəlif məsələlər üzrə sessiyalar keçirdik. Sessiyalarımızın məqsədi bizə öyrədiləndən də kənara çıxaraq daha çox şeyi kəşf etməyə gəncləri həvəsləndirmək idi. Eyni zamanda, bu işi dəstəkləmək və görüşdüyümüz tələbələrə təqdim olunan mövzuları daha da araşdırmaq imkanı yaratmaq üçün bir xeyriyyə cəmiyyəti təsis etdim. Daha çox uşaqda qığılcım yaratmaq istəyi bizi hər gün tezdən oyanmağa ilhamlandırır.

Təşkilatı yaratmazdan əvvəl mənim artıq nə etmək istədiyimə dair çox aydın vizyonum var idi. Mən Azərbaycan gəncinin akademik inkişafına mane olan məhdudiyyətləri aradan qaldırmağı hədəfləyirdim. Bununla ölkəmiz üçün daha açıq fikirli və innovativ bir gələcək yaratmağa can atırdım: sistemin sərhədlərinin heç bir şagirdi məhdudlaşdırmadığı bir gələcək. Hər bir tələbənin cəmiyyətimizin daha yaxşıya doğru inkişafında öz rolunu oynaya biləcəyi bir gələcək. Çox ümid edirəm ki, mənim təcrübəm və kiçik nailiyyətlərim gənclərimizi ilhamlandıracaq.”

image-nihad_huseynli_200922_05 image-nihad_huseynli_200922_04 image-nihad_huseynli_200922_03 image-nihad_huseynli_200922_01-1 image-nihad_huseynli_200922_01


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki