image-reklam-veteninfo
image-img_9127backend

Samvel Karapetyan hakimiyyətə gələrsə “Səfərovun qarşısının alınması haqqında qanun”un qəbul edəcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Güclü Ermənistan” blokundan baş nazirliyə namizəd Samvel Karapetyan bildirib ki, komandası hakimiyyətə gələcəyi təqdirdə ilk qərarlarından biri “Səfərovun qarşısının alınması haqqında qanun”un qəbul edilməsi olacaq. Bu qanun Azərbaycan vətəndaşlarına Ermənistanda daşınmaz əmlak almağı və hədiyyə olaraq torpaq sahəsi almağı qadağan edəcək.

Karapetyan, həmçinin bildirib ki, Ermənistana “300 min azərbaycanlının gəlişinin” qarşısını almaq lazımdır, əks halda blokun iqtisadi proqramları təhlükə altına düşəcək.

Blokun nümayəndəsi Aram Vardanyan isə Ermənistan KİB-nə açıqlamasında bildirib ki,Ermənistanın hazırkı Konstitusiyası artıq əcnəbilərin torpaq üzərində mülkiyyət hüquqlarına məhdudiyyətlər nəzərdə tutur, lakin yeni təşəbbüs bu mexanizmləri genişləndirməyi və onları daşınmaz əmlakın bütün növlərinə şamil etməyi təklif edir.

Onun sözlərinə görə, qadağa gizli benefisiarlar (fayda götürənlər) da daxil olmaqla, Azərbaycanın həm fiziki, həm də hüquqi şəxslərinə şamil ediləcək.

Qanun lauhəsinin adını izah edərkən Vardanyan 2004-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Budapeştdə erməni zabiti Qurgen Markaryanı balta ilə öldürən azərbaycanlı zabit Ramil Səfərovun hekayəsini xatırladıb. O qeyd edib ki, 2012-ci ildə Azərbaycana ekstradisiya edildikdən sonra Səfərov prezident İlham Əliyev tərəfindən əfv edilmiş, ona rütbə verilmiş, mənzillə təmin edilmiş və pul mükafatları verilmişdi.

Onun sözlərinə görə, Ermənistan sərt qanunvericilik zəmanətləri tətbiq etməyə borcludur. Bu, vətəndaşların fiziki təhlükəsizliyini təmin edəcək və Karapetyanın daha əvvəl elan etdiyi iqtisadi layihələrin reallaşması üçün şərait yaradacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki