image-img-20220811-wa0049backend

Şəhid Paşayev Nurəddin Məhəmmədəli oğlunun xatirə barelyefinin açılış mərasimi keçirilib

image-reklam_sirab_01

Avqustun 11-də Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Paşayev Nurəddin Məhəmmədəli oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, Neftçilər küçəsi 2 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyefin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, müharibə veteranları və digər həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Tədbir zamanı şəhidin döyüş dostları, yaxınları çıxış edərək Nurəddin Paşayev haqqında öz xatirələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, ermənilərin torpaqlarımıza etdiyi hücumlara, törətdikləri haqsızlıqlara dözə bilməyən Nurəddin Paşayev 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılmışdı. Ailənin kiçik oğlu olan Nurəddin müharibəyə gedəndə ailəli idi və bir oğlan övladı var idi. Qızğın döyüşlərin getdiyi Füzuli bölgəsinə göndərilən Nurəddin Paşayev döyüşlərdə özünü qorxmaz və bacarıqlı əsgər kimi tanıtmış, Vətən uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdi. 1994-cü ilin yanvarın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduqdan 1 ay sonra dünyaya gələn 2-ci oğlan övladına atası Nurəddinin adı verilmişdir.
Nurəddin Paşayevin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki