image-307022424_8353434888029946_2026113739568848653_nbackend

Şəhid Polad Şirinov AzMİU-nun İnşaat Kollecinin tələbəsi olub və hələ təhsilini başa vurmamışdı

image-reklam_sirab_01

Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub.

Bu barədə Veteninfo.az-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat verilib.

5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları şəhidin məzarını ziyarət edərək məzarının önünə əklil qoyublar.

Allah rəhmət eləsin!

image-306405794_8353434818029953_1112850247039558710_n image-307029724_8353434451363323_6001491462610140759_n image-307087623_8353434744696627_7086445748057270272_n image-307157069_8353434778029957_2900134524428797799_n image-307022424_8353434888029946_2026113739568848653_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki