Bu gün ölkə boyu “Ümumxalq Anım günü” keçirilir.
Veteninfo.az xəbər verir ki, bu münasibətlə bir sıra təhsil müəssisələrində də tədbirlər keçirilmişdir.
Bu sıradan Xırdalan şəhər, Şəhid Veysəl Musibov adına 5 saylı orta məktəbdə də geniş proqram təqdim olunmuşdur.
Xüsusən bu il ilk dəfə məktəbə qədəm qoyan 1-cilərin çıxışı diqqət çəkmişdir. Əyinlərində 44 günlük müharibə qəhrəmanlarının fotoları həkk olunmuş köynəklərlə çıxış edən fidan balalar, Vətənə, qəhrəman əsgərlərimizə həsr olunmuş şerlər söyləmiş, mahnılar ifa etmişdilər.
Şəhidlərimizin müqəddəs ruhunu böyük hörmət və ehtiramla anırıq, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaqdır.
Allah qəhrəmanlarımıza rəhmət etsin, ailələrinə səbr versin.