image-5-daq-kesmenbackend

Seymur Orucov Dağ Kəsəmən kəndində vətəndaşlarla görüşdü

image-reklam_sirab_01

Seymur Orucov Ağstafanın ikinci ən böyük yaşayış məntəqəsi Dağ Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbində təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi nəaliyyətlərdən, 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbəmizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışdan, orada sürətlə davam etdirilən nəhəng bərpa, yenidənqurma işlərindən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açıb.
Səyyar qəbulda təklif və müraciətlə çıxış edən vətəndaşların qaldırdıqları hər bir məsələ nəzarətə götürülüb və həlli ilə bağlı müvafiq müzakirələr aparılıb. Aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki