image-asagi-goyceli-qazini-ziyaret-19-09-22-6backend

Seymur Orucov Qazimizi ziyarət etdi-FOTOLAR

image-reklam_sirab_01

Dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimiz  ziyarət olunublar

 

12-14 sentyabr 2022-ci il tarixində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısını alan zaman yaralanan ağstafalı hərbçilərimiz RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ziyalıları tərəfindən ziyarət olunublar.

Mərd oğullarımızın ailələrinin qayğıları ilə maraqlanılır və mütəmadi olaraq əlaqə saxlanılır. Ailə üzvləri onlara, övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün qeyd edək ki, Ağstafa rayonundan olan beş nəfər yaralı hərbi qulluqçumuzdan birinin müalicəsi yaşadığı ünvanda, dördünün müalicəsi isə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində davam etdirilir.

Vətən üçün döyüş meydanında sücaət göstərərək yaralanan qəhrəman hərbçilərimizin yüksək səviyyədə müalicəsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur. Onların hər birinin sağlığına qovuşması üçün gecə-gündüz səy göstərən peşəkar həkimlərimizin sayəsində tez bir zamanda şəfa tapmasını diləyirk!

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki