image-5-ziyaret-1backend

Seymur Orucov şəhidimiz Tahir Əliyevin ailəsin ziyarət edib-Ağstafanın Xətai kəndində

image-reklam_sirab_01

Şəhidin atası Çingiz Əliyev Tahir haqqında xatirələrini bölüşərək oğlunun yoxluğunun ağır olduğunu, lakin Vətəni uğrunda göstərdiyi igidliyə görə onunla qürur duyduğunu, fəxr etdiyini bildirib. RİH başçısı Seymur Orucov bütün şəhidlərimiz kimi Tahirin də yalnız ağstafalıların deyil, bütün Azərbaycanın qüruru olduğunu söyləyərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla hər bir azərbaycanlının daim şəhid ailələrinin yanında olduğunu, onların yüksək dövlət qayğısı ilə əhatə olunmasından söz açıb.

11.02.2002-ci il tarixində Xətai kəndində dünyaya göz açan Tahirin keçdiyi şərəfli ömür yolundan və Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Laçın rayonu ərazisində 05 avqust 2022-ci il tarixində xidməti döyüş tapşırığını qəhrəmancasına yerinə-yetirən zaman şəhidlik zirvəsinə ucalmasından geniş bəhs olunub, Onun əziz xatirəsi dərin ehtiramla yad edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki