Ağstafa RİH başçısı Seymur Orucov Soyuqbulaq qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Müvafiq qrafikə uyğun olaraq qəsəbənin tam orta məktəb binasının akt zalında təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatlarının rəhbərləri və yerli sakinlər iştirak ediblər.
RİH başçısı qeyd edib ki, ölkə rəhbərliyinin konkret tapşırığına əsasən yerlərdə keçirilən bu cür səyyar qəbulların keçirilməsinin əsas məqsədi vətəndaşların əlavə əziyyət çəkərək rayon mərkəzinə getmədən qayğı və problemlərinin dərindən öyrənilməsi, qaldırılan hər bir məsələnin operativ həlli istiqamətində zəruri tədbirlərin müəyyən edilməsindən ibarətdir.
Səyyar qəbulda müxtəlif müraciət və təkliflərlə çıxış edən sakinlərin toxunduqları hər bir məsələyə dair məsul şəxslər tərəfindən geniş izahat verilərək aydınlıq gətirilib, həlli istiqamətində ətraflı müzakirələr aparılaraq nəzarətə götürülüb. RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.