Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilir.
Vətəninfo.az xəbər verir ki, konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 160-dan çox diplomat və hərbi nümayəndə iştirak edir.Xatırladaq ki, avqustun 26-dan Azərbaycanda akkreditə olunmuş daimi və qeyri-rezident əsasda diplomatik korpus nümayəndələrinin Şuşaya iki günlük səfəri başlayıb.(APA)