Bu gün tarix dərsliklərində rast gəldiyimiz yanlış informasiyaları yazan tarixçilər, sosial şəbəkələrdə özlərini tədqiqatçı kimi qələmə verən şəxslər və elmdə Avropa və Şərqin dəqiq mənbələrinə istinad etməyənlər ərəb-fars mənbələrinin təsiri altında hegemonluq etməyə cəhd edirlər. Ölkədə bir qrup tədqiqatçı var ki, tarixə din nöqteyi nəzərindən baxır. Məsəl üçün Babək İslamı yayan ərəblərə qarşı savaşıb, Şah İsmayıl dövləti ayaq üstə saxlamaq üçün şiəlik idealogiyasından istifadə edib deyə konkret bu iki şəxsə qarşı aqressiya var. Tarixə milli-ideloji-vətənpərvərlik nöqtəsindən baxmayan bu şəxslərin teoloji təsir altında olması bizi üzür. Dövrün proseslərini görməzdən gəlib “Ərəb və fars mənbələri” belə yazıb deyə əllərində bayraq edib ağzılarına gələni yazırlar. Belə adamlara ciddi yanaşmıram, dinin təsiri altında olan manqurt kimi yanaşıram. Ərəblərə qarşı 20 il savaşan Babəkə çoxsaylı ərəb səlnaməçiləri və yazarları hansı müsbət baxış göstərə bilər? Yaxud Osmanlılara və ərəblərə, farslara qarşı savaş açan Şah İsmayıla onlar necə düzgün qiymət verə bilərlər? Ən azından helminiz olsun, elminiz olmasa da. Bütün bu böhtanlar Bağdad xəlifələrinin sifarişi əsasında yazılırdı ki, əhalini bu hərəkata qarşı bədbin etsinlər, həmçinin digər məntəqələrin onları dəstəkləməsi üçün belə vasitələri nəzərdə tuturdular
Babək Hürrəmi barədə o qədər yanlış və düşməncəsinə yanaşanlar içərisində ciddi bir qaynaq, əlyazma ilə ortaya çıxan yoxdur. Ərəb və farslara istinad edənlər isə bir qədər digər mənbələrə və qaynaqlara nəzər salsalar da yaxşı olar. Baxın onun həyat yoldaşı
Banu Hatun haqqında bütün suallara cavab verən yazım: https://axar.az/news/kult/543578.html
Oğlu Atur barədə suallara cavab verən yazım https://axar.az/news/layiheler/784382.html
Hürrəmilər hərəkatı və Babək haqqında istər orta əsr, istərsə də müasir tarixşünaslıqda ətraflı və bir çox hallarda da qərəzli məlumatlar vеrildiyindən biz yalnız onu qеyd еdirik ki, gün isə bir yanlışığa cavab verəcik. Babək Hürrəminin anası Mehru Hatun barədə o qədər qərəzli yazılar görüb buna aydınlıq gətirmək zamanı deyib başladıq.
İlk öncə qeyd edim ki, Mehri Hatuna Bəruşəndə, Börümən, Bərumid-. Bərumənd kimi yanaşan tədqiqatçılar əsl adı qeyd etməyi unudurlar. Əsl adı Māhrū hatun olan Babəkin anası (farsca ”Ay üzlü” və ya ”gözəl” mənasını verir) ərəblərin və farsların yazdığı kimi nə bir gözü kor olub, nə qulluqçu işləyib, nə də əxlaqsız qadın olmayıb. “Ay üzlü” kimi qəbul edilən bir xanım necə çirkin və kor qadın ola bilərdi? Əlbətdə burda ərəblərin nifrətini görmək olur.
Ona bu böhtanları atan müəlliflər Babək kimi tarixi şəxsiyyəti gözdən salmaq niyyətləri güdürlər. nu adi yağ satanın oğlu kimi qələmə verirlər, ancaq atası yağ ticarəti ilə məşğul olurdu. Yeni çıxan mənbələrdə göstərilir ki, onun atası Abdulla kəndin ən varlı adamı idi. Böyük evi, böyük torpaq sahələri var idi. Bəzz qalasının hakimi Cavidan ibn Sührək kəndə gələndə onun evində qonaq qalırd. Qaynaqlar yazır ki, “Cavidan dəstəsi ilə kəndə daxil olanda ən işıqlı ev Babəkin evi idi”
Onun atası yağ ticarəti ilə məşğul olduğu üçün Dehqan sayılırdı. Erkən orta əsrlərdə varlı mülkədarlara Dehqan deyilirdi. Qardaşı Abdulla edamdan əvvəl özünün də Dehqan olması ilə fəxr etdiyini dilə gətirmişdi.
Qeyd edim ki, əgər qeyd edildiyi kimi Babəkin anası elə idisə Cavidan kimi şəxs ondan ilk öncə Babəki, sonra isə digər oğlu Abdullanı izm alaraq Bəzz qalasına aparmaz idi. O dövrdə hökmü və nüfuzu, mövqeyi olmayan qadınlardan izn alınmaması mümkün deyil idi…
Bəzi qaynaqlara görə Cavidan Babəki öz yanında dəvət edəndə, o cavab verib ki, “Atam eldən gedib deyə, Anam tərəfindən qolu bağlıyam”. Babək kimi, 16-18 yaşlarında yetkin bir insanın Anasından izn almas üçün qadının yüksək mövqe tutması lazım idi. Xürrəmi qadınları xeyli sərbəst idilər və hətta cəmiyyətin idarə edilməsində aktiv rol oynayırdılar. Xürrəmi, məzdək və qədim türk inancına sadiq olan qadınların azadlığını ərəb müəllifləri “əxlaqsızlıq” adlandırdılar. Təbəri, İbn ən-Nədim, ibn-Kəsir… – bu cür iftira və böhtan dolu mənbələrə inanmaq mümkündürmü? Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi.
Māhrū hatun ərinin ölümündən sonra onun ticarətini davam etdirmiş, övladlarının gənc yaşlarından zəhmətə alışdırmışdı. Onun dini baxışları haqqında çox ziddiyətli fikirlər var. Bəziləri onu zərdüşt, bəziləri müsəlman, bəziləri isə onu türklərin Tanrıçı olduğunu yazırlar. Lakin bir həqiqət var ki, təkbaşına belə güclü və igid övladlar yetişdirmək üçün şəxsi nüfuz və tərbiyə önəm daşıyırdı. Ona kənd və ətraf ərazilərdə Bərümən deyə çağrırdılar. Mənası türk qıpçaq və oğuz ləhcəsində pay verən idi. Sonradan fars qaynaqları Bərumənd kimi onu qeyd etməyə başladılar. Farscaya keçərək “bərumənd”ə dönən bərümən sözümüz elə farscada da bərəkətli, məhsuldar, bəhərli deməkdir. Məna etibarı ilə adın eyni qalması bir daha fikirimizi təsdiq edir ki, Māhrū hatun adi qadın olmayıb. Özü də qeyd edib ki, Avropa mənbələr yazır ki, Babəkin ana tərəfdən babası ərəb zülmünə qarşı ilk böyük üsyan edən Əbu Müslim Xorasani idi. Babək hərəkatı Əbu Müslüm tərəfdarları ilə sıx bağlı idi.
Oğlunun 20 illik mübarizəsində yanında olan anası Bəzz qalası süqut edəndə onu tək qoymur. Qaynaqlar yazır ki, “Babək və onun bir neçə yoldaşları, o cümlədən qardaşı Abdullah, anası və arvadı dağlardan və meşələrdən keçərək Bizans İmperiyasına doğru gedirlər. Uzun sərgərdan gəzdikdən sonra yorğun halda Babəkin hakimiyyət dövründə dostluq etdiyi yerli feodallardan birinin mülkünə çatırlar və o, Babəki öz qalasında çətin vaxtı gözləməyə dəvət edir, ona sadiqliyinə inandırır, lakin böyük bir mükafat müqabilində qaçaqları Afşinə verir. “
Babək Samirə şəhərinə aparılanda təxminən 60 yaşlı anası da onunla birlikdə olur. Həbsxanaya salınır. Deyilənə görə elə orda da ölür.
Zaur Əliyev, dosent