image-reklam-veteninfo
image-1backend

Tramp: “İki həftə ərzində İran üzərində tam qələbə elan edəcəyik”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp İranla razılığa gəlmə prosesində böyük irəliləyiş əldə edildiyini bildirib. O qeyd edib ki, növbəti iki həftə ərzində tam qələbə elan edəcəklər və bu zaman həqiqətən qalib gəlmiş olacaqlar.

Vətəninfo.az xəbər verir ki, Tramp bu açıqlamanı Respublikaçı senator Lindsi Qraham üçün təşkil edilən telekonfrans zamanı verib. Anadolu Agentliyinin məlumatına görə, ABŞ lideri İranla bağlı prosesin yaxşı getdiyini və yaxın zamanlarda razılaşmanın tamamlanacağını vurğulayıb.

“Bizim çox güclü komandamız var və düşünürəm ki, bu münaqişədə qalib gəlirik. Növbəti iki həftə ərzində tam qələbə elan edəcəyimiz zaman həqiqətən qalib olacağıq”, – deyə Tramp bildirib.

Prezident həmçinin bu prosesin ABŞ-da benzin qiymətlərinin sürətlə düşməsinə imkan yaradacağını qeyd edib və seçicilərdən senator Qrehama dəstək vermələrini istəyib.

Tramp bazar günü öz Truth Social hesabında İran və İsrail arasında artan gərginliyi şərh edərək, hər iki tərəfi “dərhal” atəşi dayandırmağa çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki