ABŞ prezidenti Donald Tramp İranı tez bir zamanda razılığa gəlməyə çağırıb və bunu etməsə, İrana qarşı hücumları bərpa edəcəyi ilə yenidən hədələyib.
Vətəninfo.az xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində yazıb: “Əgər onlar tez bir zamanda razılaşma imzalamağa razı olmasalar, biz onlara bu gün etdiyimizdən daha sərt zərbələr endirəcəyik”.
ABŞ prezidenti bir daha qeyd etdi ki, İran “nüvə silahına sahib olsaydılar, mütləq ondan istifadə edəcək dəlilər tərəfindən idarə olunur”.
Eyni paylaşımda Tramp İranın cümə gecəsi Hörmüz boğazından keçən üç Amerika esminesi atəşə tutduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, esmineslərə zərər dəyməyib və ABŞ ordusu effektiv əks-hücumlar həyata keçirib.

























