image-reklam-veteninfo
image-img-20260506-wa0168backend

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib

image-reklam-veteninfo

Qardaş ölkənin nümayəndə heyəti gənclər və idman sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində Ağstafa RİH başçısı Seymur Orucovla görüşüb.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə Türkiyənin Trabzon Gençlik və Spor İl Müdürü Lokman Arıcıoğlunun başçılıq etdiyi nümayəndə heyətində, Ortahisar Rayon Gənclər və İdman İdarəsinin müdiri Yunus Ali Civil, nümayəndə heyətinin digər üzvləri, Faruk Asma Hayder, Metin Çabuk İrfan, Süleyman Bacıoğlu Sadettin, Emre Kaya Selahattin, Gökmen Kaptan Mevlüt, Abdulkadir Günal Hasan, Mihraç Paslı Kemal, İlkay Şahin Yusuf yer alıblar. Tədbirdə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva və aparıcı məsləhətçisi Mikayıl Novruzov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və rayonun məsul şəxsləri iştirak ediblər.

Görüşdə “İdman mütəxəssisi Mübadilə Proqramı”nın yüksək əhəmiyyətindən söz açılıb, idman və gənclər sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının da yüksək səviyyəsi, hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verildiyi qeyd olunub.

Seymur Orucov tarixi köklərlə bir birinə bağlı olan Azərbaycan və Türkiyə bütün münasibətlərini İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə qardaşlıq prinsipləri əsasında dövlətlər arası münasibətlərin dünya siyasi tarixində rast gəlinməyən şəkildə davam etdiyini vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

image-img-20260506-wa0173-1 image-img-20260506-wa0173 image-img-20260506-wa0172 image-img-20260506-wa0171-1 image-img-20260506-wa0171 image-img-20260506-wa0170 image-img-20260506-wa0169 image-img-20260506-wa0168

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki