image-reklam-veteninfo
image-1backend

Ukrayna dronlarla Qafqazın ən böyük neft anbarını VURDU

image-reklam-veteninfo

Gecə saatlarında Rusiyanın Novorossiysk şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində Şesxaris neft ötürmə kompleksinin tərkibinə daxil olan Qruşovaya neft anbarında yanğın baş verib.

ASTRA nəşrinin məlumatına görə, Novorossiysk sakinləri gecə ərzində təxminən 50 partlayış səsi eşitdiklərini bildiriblər. Bundan sonra şəhərin müxtəlif nöqtələrində yanğınlar müşahidə olunub.

OSINT analitiklərinin məlumatına əsasən, hücumun əsas hədəfi Qruşovaya Balka sənaye zonası olub. NASA-nın yanğın monitorinq sistemləri həmin ərazidə çoxsaylı yanğın ocaqlarını qeydə alıb.

Qruşovaya sənaye zonası Novorossiysk şəhərindən təxminən 12 kilometr məsafədə yerləşən və “Çernomortransneft” şirkətinə məxsus Şesxaris neft ötürmə kompleksinin ən iri çən parkıdır. Bu obyekt həmçinin Qafqaz regionunun ən böyük neft saxlama və ötürmə mərkəzlərindən biri hesab olunur.

Açıq mənbələrdə yer alan məlumata görə, sənaye zonası 212–213 hektar ərazini əhatə edir. Burada ümumi tutumu 1,2 milyon kubmetrdən çox olan onlarla neft və neft məhsulları saxlama çəni yerləşir.

Qruşovaya kompleksi texnoloji boru kəmərləri və tunellər vasitəsilə Şesxaris dəniz terminalına birləşdirilib. Məhz bu terminal vasitəsilə neft və neft məhsulları tankerlərə yüklənərək ixrac olunur.

Şesxaris dəniz terminalı “Transneft” şirkətinin Krasnodar diyarındakı əsas neft kəməri terminalıdır. Müəssisə neft və neft məhsullarını qəbul edir, saxlayır və xarici bazarlara göndərilməsi üçün tankerlərə yükləyir.

Səhər saatlarında yayılan yenilənmiş məlumata görə, Volqoqrad vilayətində yerləşən bir istehsalat və idarəetmə obyektinə dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb.

ASTRA-nın məlumatına görə, söhbət böyük ehtimalla “Transneft–Volqa” şirkətinin Volqoqrad Rayon Neft Kəmərləri İdarəsinə məxsus “Krasnıy Yar” neft nasos stansiyasından gedir. Bu stansiya ildə 62,6 milyon tona qədər neftin Novorossiysk limanına nəql olunmasını təmin edir.

Rusiya neft emalı zavodlarına qarşı davam edən dron hücumları ölkədə neft emalının son 16 ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olub. Bunun fonunda hökumət daxili bazarda mümkün yanacaq çatışmazlığının qarşısını almaq məqsədilə aviasiya yanacağının ixracına noyabr ayının sonunadək məhdudiyyət tətbiq edib.

Mediada yayılan məlumatlara görə, Ukraynanın Rusiya neft emalı infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq çatışmazlığı artıq ən azı 15 regiona yayılıb. Problemin Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə də hiss olunduğu bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki