Ötən yazılarımızda Azərbaycan futbolunun inkişafı və bu istiqamədə aparılan islahatlarla bağlı bəzi məsələləri oxucularımızın diqqətinə çatdırdıq.
Bir sözlə, məqsədimiz klubların akademiyalarında görülən işlərdən və pərdəarxası neqativ hallardan ictimaiyətə məlumat vermək, eyni zamanda övladlarını bu idman növünə yönləndirən valideynlərin fikirlərini müzakirə mövzüsüna çevirmək idi. Bəli, bütün hallarda futbol idman növü digər idman növlərindən fərqlidir və üstün cəhətləri də maraqlıdır.
Fakt isə budur ki, müasir futbol özünəməxsüs üslübları ilə hətta xanımların sevimlisinə çevrilib. Ona görə də hazırda yeniyetmə oğlan və qızlar futbol idman növü ilə dərindən maraqlanır, futbolun sirlərini yaxından öyrənməyə səy göstərir. Nəticə etibarı ilə istedadlı yeniyetmə futbolşular klubların akademiyalarına dəvət olunur, bacarıqları yerindəcə mütəxəsislər tərəfindən qiymətləndirilir.
Üzərimizə düşüən vəzifədən istifadə edib futbol akademiyalarında yaşanan problemlərlə bağlı və baş verə biləcək hadisələri qabağlamaq məqsədi ilə bəzi suallara aydınlıq gətirməyi planlaşdırdıq. İlk öncə “Neftçi” Futbol Akademiyasını nəzərdən keçirtdik. Məlum məsələdir ki, Azərbaycan futbolunun flaqmanı hesab olunan “Neftçi” Futbol Klubun Akademiyası ölkə futboluna kifayət qədər istedadlı, bacarıqlı, potensiallı futbolçular bəxş edib. Məhz düzgün strategiyanın nəticəsidir ki, Avropa futbolu ilə daban-dabana ayaqlaşan, Çempionlar Liqasında TOP komandalarla başa-baş mübarizə aparan “Qarabağ” FK rəqiblərin baş ağrısına çevrildi. Qazanılan uğurlar isə bir başa Azərbaycan futbolunun tarixinə qızıl həriflərlə yazıldı.
Bəli, bütün uğurların açarı bir növ sağlam rəğabətin nəticəsi ilə yanaşı, rəhbərliyin tələbkarlığından irəli gələn bir ideyadır. Bunlardan əlavə haqlı tənqid və həmən tənqidlərdən nəticə çıxartmaq özü bir uğurun açarı hesab olunur. Bu minvalla Akademiyanın bir neçə narazı valideynlərini dinləyib, qarşı tərəfin məsələyə münasibətindən sonra fikir bildirməyi düşündük. Necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır” prinsipi bizləri şoka saldı.
Əfsüslər olsun ki, “Neftçi” Futbol Klubun Akademiyasının U-16 komandasının baş məşqçisi Vaqif Əliyev ətrafında yaranan söz-söhbətlər mətbuatın gündəliyinə çevrildi. Yəni, qeyri-peşəkar formada facebook sosial şəbəkədən saxta profillə tənqidlərə təhqirlə cavab verən V. Əliyev bir daha sübüt etdi ki, “Neftçi” FK adına bilə-bilə xələl gətirir. Əslində, öz zamanında normal futbolşu olmadığı halda Akademiya rəhbərliyi hansı haqla yeniyetmə futbolşuları psixi problemlərini açıq bürüzə verən, əsəblərini cilovlaya bilməyən şəxsə həvalə edib? Axı, böyük futbol yolunu keçməyən “müəllim” təməldən yeniyetmələrə hansı futbolun sirlərindən söhbət aça bilər? Bizim kifayət qədər futbol veteranlarımız, mütəxəsislərimiz var. Nə üçün onlar bu gün kənardan seyr etməlidir? Suallarımız en qədər, cavablar isə…
Məsələnin kökündə duran ən böyük qlobal problem ondan ibarətdir ki, qeyri-peşəkar, eyni zamanda valideynlərlə normal davranmağı bacarmayan, ümumiyyətlə ölkə futbolunda zərrə qədər xidməti olmayan şəxs akademiyaya cəl olunub. Futbol mütəxəsisləridə razılaşarlar ki, uşaq futbolu bir başa təməl hesab olunur və təmələ düzgün istiqamət verilməyəcəyi təqdirdə, çəkilən bütün əziyyətlər heçə enməli olur.
Media olaraq “Neftçi” Futbol Akademiyasının rəhbərliyindən açıq platformadan tənqidə təhqirlə cavab verən akademiyanın müəllimi Vaqif Əliyevlə bağlı ciddi tədbir görülməsini xahiş edirik. Əks halda baş redaktorların “Neftçi” FK rəhbərliyinə və aidiyyəti qrumlara rəsmi müraciəti nəzərdən keçiriləcək. Məqalədə adı hallanan şəxsin də mövqeyini dərc etməyə hazırıq. Mövzü diqqətimizdədir…


























