image-separarci-davidbackend

Xankəndindəki separatçı Davit Babayan: İlham Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm.

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ötən gün Azərbayan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Televiziyası (AZTV”yə müsahibəsində “Qarabağda yaşayan ermənilərin hansısa bir statusu olmayacaq,onlar da Azərbaycanda yaşayan digər xalqaların sahib olduğu statusa uyğun yaşayacaqlar” fikri  Ermənistandakı qatı millətçi erməni daşnaqları kimi,Rus sülhməramlı qüvvələrin nəzarət zonasında olan Azərbaycanın Xankəndi şəhərindəki  separatçıları da cidid şəkildə silkələyib. Artıq onlar da dərk etməyə başlayıblar ki, Qarabağın həqiqi sahibləri gəliblər və Qarabağdakı  Azərbaycan vətəndaşları olan ermənilərin Azərbaycanın verəcəyi hüquqlardan başqa,əlavə hüquqlar tələb etməyə haqları yoxdur. Elə bu səbəbdəndir ki, Xankəndindəki separatçılardan biri, Davit Babayan adlı separatçı facebook sosila çəbəkəsindəki səhifəsində , İrəvandakı siyasilərdən fərqli olaraq Azərbaycan prezidentinin açıq və  qəti şəkildə fikirlərinə görə təşəkkür edib.

Sitat:  İlk növbədə Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm. Azərbaycan prezidenti İlham Əliyev dünən verdiyi müsahibədə bildirib ki, Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də xüsusi imtiyazları olacaq. Yaxşı, burada nə demək olar? Detallara varmağın mənası yoxdur. Yalnız aşağıdakıları deyim. Yaxşı, ilk növbədə Əliyevə səmimiyyətinə görə təşəkkür etmək istəyirəm.Həqiqətən də, nə Azərbaycan, nə də onun rəhbərliyi heç vaxt  Qarabağla bağlı planlarını gizlətməyib. İkincisi, doğrudan da, Qarabağın Azərbaycanın tərkibində heç nə olmayacaq, çünki Qarabağın özü olmayacaq. Bundan başqa, Azərbaycan daxilində hər hansı status Artsax üçün qəbuledilməzdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki