image-reklam-veteninfo
image-17763327945821464987_1200x630backend

Xəzər və Yeditepe universitetləri arasında memorandum imzalanıb

image-reklam-veteninfo

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Yeditepe Universitetində görüş keçirib. Nümayəndə heyətinə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı rəhbərlik edib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Yeditepe Universitetinin rektoru professor Mehmet Durman ilə görüşüb. Tərəflər akademik əlaqələrin inkişaf etdirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Xəzər Universiteti ilə Yeditepe Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Həmçinin fakültə əməkdaşları ilə geniştərkibli müzakirələr aparılıb.

Proqram çərçivəsində nümayəndə heyəti universitetin biotexnologiya laboratoriyasına da baş çəkib.

Laboratoriya ilə tanışlıq zamanı burada həyata keçirilən tədqiqat istiqamətləri, tətbiq olunan müasir texnologiyalar və elmi fəaliyyət barədə ətraflı məlumat verilib.

Görüş iştirakçıları gələcəkdə birgə layihələrin reallaşdırılması və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini də müzakirə ediblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki