AMEA Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarıilə yaradılmış komissiya tərəfindən Akademiyanın elmimüəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktormüavinlərinin qiymətləndirilməsi üzrə müsahibə təşkilolunub.
Qiymətləndirmə üzrə müsahibə prosesində AMEA-nınprezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə çıxışedərək bildirib ki, Akademiyada elmi fəaliyyətin yeniqiymətləndirmə modeli tətbiq olunur və rəqəmsallaşmaistiqamətində mühüm addımlar atılır. Akademik İsaHəbibbəyli çıxışında qeyd edib ki, müasir dövrdə rəqəmsalcəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabınınçağırışları, süni intellekt və yeni texnologiyalar elmimühitdə yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, Akademiyada aparılan struktur dəyişiklikləri də məhzdövrün çağırışlarından irəli gəlir.
AMEA rəhbəri vurğulayıb ki, son illərdə Akademiyadaelektron hərəkat, rəqəmsallaşma və süni intellektistiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Buçərçivədə MDB məkanında ilk dəfə olaraq 2023-cü ilinyanvarında AMEA-da Rəyasət Heyəti aparatında “ElektronAkademiya” şöbəsi yaradılıb, daha sonra şöbənin fəaliyyətidövrün çağırışlarına uyğun olaraq genişləndirilərək“Rəqəmsal Akademiya, Süni intellekt və Elektronxidmətlər” şöbəsi adlandırılıb. Akademik İsa Həbibbəylibildirib ki, hazırda AMEA-da elektron sənəd dövriyyəsisistemi tətbiq olunur, elektron kitabxana və elektron arxivquruculuğu istiqamətində mühüm layihələr icra edilir. Həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarında“Elektron xidmətlər” şöbələrinin bazasında “Rəqəmsal elmsahəsi və süni intellekt” şöbələri yaradılıb və həminbölmələrin fəaliyyət imkanları genişləndirilib.
AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevtərəfindən ölkəmizdə rəqəmsal inkişaf və süni intellektsahəsində qəbul olunan dövlət proqramları, “AzərbaycanRespublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süniintellekt Strategiyası”, həmçinin dövlət başçısının müvafiqFərmanı əsasında Birinci vitse-prezident Mehriban xanımƏliyevanın sədrliyi ilə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf Şurasının yaradılması Akademiyanınqarşısında da mühüm vəzifələr müəyyənləşdirib.
Akademik İsa Həbibbəyli bildirib ki, Akademiya ölkədərəqəmsallaşma prosesində üzərinə düşən vəzifələriməsuliyyətlə yerinə yetirməyə çalışır və həyata keçirilənyeniliklər nəticəsində yeniləşən Akademiya rəqəmsallaşmavə süni intellektlə bağlı yeni mərhələyə qədəm qoyur.
Daha sonra komissiya tərəfindən Akademiyanın elmimüəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktormüavinlərinin qiymətləndirilməsi üçün müsahibə keçirilib. Müəyyən edilmiş sualları cavablandıran namizədlərinyekun nəticələri elan olunub.
Tədbirdə akademik Rasim Əliquliyev, akademik ƏliAbbasov, akademik Şahin Mustafayev və riyaziyyat üzrəfəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərəkrəqəmsal transformasiya prosesinin elmi müəssisələrdədaha da genişləndirilməsinin vacibliyini vurğulayıblar vənamizədlərin cavablarını qənaətbəxş hesab etdiklərinibildiriblər.
Sonda yekun nitq ilə çıxış edən akademik İsa Həbibbəyliqeyd edib ki, qarşıdakı dövrdə müəssisə və təşkilatlardarəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlikistiqamətində treninqlər, maarifləndirici dərslər vəixtisasartırma proqramları təşkil olunacaq. O, bu sahə üzrəmüvafiq tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda institut və təşkilatların təqdim etdiklərinamizədlərin rəqəmsallaşma üzrə direktor müavinlərivəzifələrinə müvafiq qaydada təsdiq olunması tövsiyəedilib, iştirakçılara uğurlar arzulanıb.


























