image-1backend

Yerdən 137 işıq ili uzaqlıqda ekzoplanet aşkar edildi

image-reklam_sirab_01

Yerdən 137 işıq ili uzaqlıqda yaşayış ola biləcək zonada ekzoplanet aşkar edilib.

Alimlər apardıqları araşdırmada Yerdən 137 işıq ili uzaqlıqda olan “TOI-715” adlı qırmızı cırtdan ulduzun ətrafında fırlanan, yaşayış zonasında dolaşan “Super Earth” ekzoplanetini aşkarlayıblar.

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi – NASA-nın açıqlamasına görə, Yerdən 1,5 dəfə böyük olan “TOI-715 b” adlı bu ekzoplanet orbitində olduğu ulduza səthində maye halda olan suyun olmasına imkan verən məsafədə yerləşir və ulduzun ətrafında bir turunu 19 günə tamamlayır.

“TOI-715 b”nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin də ola biləcəyi söylənilib.

Sözügedən ekzoplanet Birmingem Universitetinin tədqiqatçısı Corcina Dranfildin (Georgina Dransfield) rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən TESS (Transiting Exoplanet Survey Satellite) vasitəsilə kəşf edilib.

Araşdırma “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image