image-photo-2021-12-20-08-46-37backend

30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib.

image-reklam_sirab_01

Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını bildirmişdir. Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 2600-dən çox tarix və mədəniyyət abidəsinin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu qeyd olunmuşdur.
Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Dağlıq Qarabağda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir. Bildirib ki, 1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub. Ermənilərin işğal edilmiş ərazilərdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi barədə danışan Anar Kərimov bu günlərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Zəngilan rayonu ərazisində də belə faktların üzə çıxdığını deyib. Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, İslam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib: “Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və qiymət veriləcək.
XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində – İrəvan şəhərində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb ki, bununla da erməni tərəfi beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq istəyir.
Münaqişə zonasından təxminən 80 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücum nəticəsində nəinki dinc insanlar ölüb və yaralanıb, həm də tarixi tikililərə ziyan dəyib. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi digər abidələr də Ermənistanın raket hücumları nəticəsində zərər görüb.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanında tarix və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi nəzərdə tutulmuşdur. Bütün torpaqlarımız işğaldan azad edildikdən sonra digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin inventarlaşdırılması və mühafizəsi, o cümlədən bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Hümbətli Firuzə ADPU

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki