image-reklam-veteninfo
image-1backend

Agentliyin yaydığı məlumat yanlışdır – MEDİA

image-reklam-veteninfo

APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.

“Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.

Bəyan edirik ki, “Media haqqında” Qanunun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq”, – Agentlik açıqlamasında qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki