image-iltizambackend

8 Noyabr 2020-ci il Zəfər günü müasir Azərbaycan tarixinə necə qızıl hərflərlə yazılıbsa, 15 İyun-Qurtuluş günü də Azərbaycan dövlətçilik tarixində eyni qaydada yadda qalacaq

image-reklam_sirab_01

“Bu gün hər birimiz, bütün Azərbaycan əlamətdar, əzəmətli, şərəfli və tarixi günlər yaşayır: böyük Azərbaycanlı, hər birimizi Azərbaycançılıq ideyaları ətrafında birləşdirəm dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Qurtuluşumuzun 30 illiyidir. 15 İyun -Qurtuluş gününün tarixi əhəmiyyəti, onun müasir Azərbaycanın tarixində oynadığı əhəmiyyətli rolu barədə çox deyilib və bundan sonra da Azərbaycan dövləti var olduqca Qurtuluş gününün dövlətçiliyimizin var olması, zəfərlər əldə etməsindəki rolundan hələ çox danışılacaq”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan iclasında çıxış edən millət vəkili Iltizam Yusifov bildirdi. Millət vəkili qeyd etdi ki, 8 Noyabr 2020-ci il Zəfər günü müasir Azərbaycan tarixinə necə qızıl hərflərlə yazılıbsa, 15 İyun-Qurtuluş günü də Azərbaycan dövlətçilik tarixində eyni qaydada yadda qalacaq: “8 noyabr 2020-ci il Zəfər qələbəmızə gedən yol məhz 15 iyun –Qurtuluş Günündən başlayır. Məhz həmin tarixdən Azərbaycanın müdrik, uzaqgörən, böyük dövlət xadimi və xilaskarı, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində dövlətimiz məhvolma təhlükəsindən xilas olaraq bir dövlət kimi varlığını qoruyub saxlaya bildi. Ulu Öndərin mahir sərkərdəlik, fitri dövlətçilik qabliyyəti nəticəsində məhvolma mərhələsində olan Azərbaycan bütün bu fəlakətlərdən qurtularaq, dövlət təhlükəsizliyini təmin etdi və ən qısa zamanda sürətli inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etməsini bir neçə mərhələyə bölmək olar:

Birincisi, Azərbaycanın müstəqilliyinə olan təhlükəni aradan qaldırıb, onun inkişaf strategiyasının əsasını müəyyən etmək. Ulu Öndərin 1993-cü-1995-ci illərdəki gərgin əməyi nəticəsində istər ölkə daxilində, istərsə də ölkə xaricindən Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yaradan siyasi və hərbi amillər aradan qaldırıldı. Ölkə daxilindəki siyasi proseslərin  normal məcraya yönəlməsinə nail olundu.

İkincisi, Azərbaycanın müstəqilliyinə və suverenliyinə olan təhdidlərin qarşısının daha etibarlı alınmasının təmin edilməsi istiqamətində atılan addımlar. Belə ki, Ulu Öndər Azərbaycanın enerji resurslarının verdiyi imkanlardan istifadə edərək beynəlxalq aləmin və böyük korporasiyaların ölkəmizə diqqətini cəb etməklə beynəlxalq səviyyədə dövlətçiliyimizə olan təhdidləri zərərsizlədirə bildi. 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın sürətli inkişaf strategiyasının bünövrəsini qoymaqla yanaşı, Azərbaycanın suverenliiynin və dövlətçiliyin təhlükəsizliyini təmin edilməsi istiqamətində atılan çox mühüm tarixi addım oldu”. Iltizam Yusifov vurğuladı ki,bununla paralel olaraq ölkə daxilində genişmiqyaslı iqtisadi və sosial islahatlar həyata keçirilməyə başlandı. Ulu Öndərin genişmiqyaslı siyasi, təhlükəsizlik, iqtisadi, ordunun yenidən qurulması istiqamətdə yürütdüyü siyasət, ən qısa zamanda öz bəhrəsini verməyə başladı. Bunun nəticəsində Azərbaycan sürətli iqtisadi  inkişaf  mərhələsinə qədəm qoymağa başaldı. Azərbaycanın iqitsadi qüdrəti artıqca qarşısında duran problemlərin  həll olunub, hədəflərə nail olunması üçün yeni imkanlar yarandı. Bu, eyni zamanda Azərbaycanın Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqlar prosesində mövqeyimizin gücləndiirlməsinə və nəhayət problemin həll olunmasında mühüm amilə çevrildi. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan qarısındakı problemləri həll edərək, hədəflərinə nail oldu: “Ulu Öndərin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sıçrayışlı inkişaf mərəhələsinə qədəm qoydu. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda beynəlxalq aləmdə nüfuzlu və hesablaşılan bir dövlətə, o cümlədəm dünyanın ən güclü ordularından birinə malik dövlətə çevrildi. İkinci Qarabağ savaşından sonra Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallaıq yaradaraq dünyanın ciddi aktorlarına birinə çevrilməkdədir. Azərbaycan işağaldan azad olunan torpaqlarında heç bir beynəlxalq maliyyə institutundan maliyyə dəstəyi almadan öz maliyə resursları imkanına sürətli tikinti, bərpa-quruculuq  işlərini həyata keçirməkdədir. Azərbaycan ordusunun daha da güclənməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan-Türkiyə tandemi isə ölkəmizin gücünə əlavə güc qatmaqdadır. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi bu müttəfiqlik münasibətlərini yeni bir inkişaf mərhələsinə daşımaqdadır. Qarşıda bizi daha ciddi işlər gözləyir. Bu, istər Türk dünyası, istərsə də digər regional əməkdaşlıq baxımdan birgə addımlar atmağa və hədəflərə nail olmağa imkan yaradacaq. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni mərhələnin, sülh quruculuğunun və sabitliyin  başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur. Soydaşlarımızın torpaq həsrətinə son qoyulur. Böyük Qayıdış proqramı mərhələli, xüsusi düşünülmüş proqram əsasında həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Əminliklə deyə bilərik ki, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir”.

 

Vətəninfo.az

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image