image-reklam-veteninfo
image-1backend

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

image-reklam-veteninfo

Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə edilir.

Qanun layihəsinə əsasən, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat, mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) məbləğində nəzərdə tutulub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki