image-reklam-veteninfo
image-1backend

ABŞ ordusu: İrana qarşı həyata keçirilən əməliyyatlar başa çatıb

image-reklam-veteninfo

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların başa çatdığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, CENTCOM-un yaydığı bəyanatda bildirilib ki, əməliyyatlar ABŞ Prezidenti Donald Trumpın göstərişi ilə ABŞ-a məxsus hərbi helikopterin vurulmasına cavab olaraq özünümüdafiə məqsədilə həyata keçirilib.

Açıqlamada qeyd olunub ki, zərbələr Hörmüz boğazı yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə mərkəzləri və radar infrastrukturunu hədəf alıb.

CENTCOM bəyanatında vurğulanıb ki, əməliyyat ABŞ qüvvələrinə və bölgədən keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara mütənasib cavab xarakteri daşıyıb. Həmçinin ABŞ qüvvələrinin regionda təhlükəsizliyin qorunması üçün ayıq-sayıq fəaliyyətini davam etdirəcəyi bildirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus AH-64 Apache hücum helikopterinin vurulduğunu iddia etmiş və Vaşinqtonun bu hadisəyə cavab verəcəyini bəyan etmişdi.

Trampın açıqlamasından sonra ABŞ ordusu İrana qarşı yeni hava zərbələri endirib. İran mediası isə hücumları təsdiqləyərək, Hörmüzqan əyalətinin şərq hissəsində və Qeşm adası yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib.

Bölgədə vəziyyət gərgin olaraq qalır və hadisələrin inkişafı diqqətlə izlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki