image-4backend

Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb

image-reklam_sirab_01

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.

Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

R.Mirzəyev barəsində Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki