image-1backend

Almanların ölüm əmri verdiyi , ermənilərin qətlə yetirdiyi məşhur azərbaycanlı general: Məmməd Bağırov niyə ÖLDÜRÜLDÜ?

image-reklam_sirab_01

22 iyul 1941-ci il… Bütün dünya eşidəcəyi bir xəbərlə sarsıldı. Faşist Almaniyası SSRİ-yə qarşı amansız müharibəyə başlayıb. Bütün sovet respublikaları kimi, Azərbaycanda da bu acı xəbərin törədəcəyi fəsada qarşı sipər olmağa çalışdı. Bir anın içində hər kəs “hər şey cəhbə üçün, hər şey qələbə üçün” devizi ilə çalışmağa başladı.

Müharibə xəbəri hər kəsi sarsıtmışdı. Ona görə də əli silah tutan hər kəs vətənin müdafiəsinə qoşulurdu. Beləliklə, qısa zamanda 600 mindən artıq Azərbaycan oğul və qızı da döyüşlərə yollandı. Döyüşə atılan oğullar içərisində çoxsaylı peşəkar hərbçilər də vardı. Belə oğullardan biri də peşəkar zabit Məmməd Bağırov idi.

Sovetlər dönəmində hələ gənc yaşında ikən general-mayor rütbəsinə yüksələn Məmməd Bağırov 1901-ci ildə Bakıda doğulmuşdu. İlk təhsilini Bakıda aldıqdan sonra hərbi məktəbə daxil olmuşdu. Lakin ailə vəziyyəti ilə əlaqədar 1918-ci ildə hərbi məktəbi tərk edərək müxtəlif sahələrdə çalışmağa məcbur olmuşdu. Azərbaycanda Cümhuriyyət hökumətinin qurulmasından sonra gənc Məmməd bir müddət dəmiryolu idarəsində çalışmağa başlayır. Tezliklə Məmməd Bağırov öz işgüzarlığı və ilə seçilir. 1919-cu ildə gənc Məmməd Səhiyyə Nazirliyində işə dəvət edilir. Lakin cəmi bir il burada işlədikdən sonra o, yenidən 1920-ci ildə Bakı Hərbi Məktəbinə daxil olur. Qarşısına məqsəd qoyaraq hərbçi olmaq istəyən Məmməd dayanmadan hərbin sirlərinə yiyələnirdi.

Böyük istedad və bacarığına görə Məmməd Bağırov 1932-ci ildə Azərbaycan Diviziyasının ayrıca mina axtaran bölüyünün komandiri vəzifəsinə irəli çəkilir və 1937-ci ilə kimi bu vəzifədə çalışır. Yüksək hərbi biliyə malik olan Məmməd Bağırov 1937-ci ilin avqustunda Zaqafqaziya Hərbi Dairəsi komandanının əmri ilə 77-ci Azərbaycan Milli Diviziyasının Mühəndis Xidmətinin rəisi təyin edilir.

Hamı kimi onun arzularını da amansız müharibə yarımcıq qoyur. Polkovnik-leytenant Məmməd Bağırov da Böyük Vətən Müharibəsinə yollanır. Bir cox döyüşlərin iştirakçısı olan Məmməd Bağırov 1941-ci ildə polkovnik rütbəsi ilə təltif edildikdən sonra müharibənin başlandığı ilk günlərdə Bakının Hava Hücumundan qorunması üçün bütün məsuliyyəti boynuna götürür.

Faşist Almaniyası SSRİ-yə qarşı müharibəni başladığı ilk günlərdə hesab edirdi ki, Bakı neftini tezliklə zəbt edəcək və buna görə də qərara gəlmişdi ki, Bakıya bomba zərbəsi endirmək lazım deyil. Lakin sonradan SSRİ-yə qarşı ildırımsürətli müharibə baş tutmadığından almanların planı dəyişdi. 1942-ci ilin 4 mayında gündüz Bakı üzərində Almaniyanın kəşfiyyat təyyarəsinin görünməsi vəziyyəti daha da gərginləşdirdi. 30 may 1942-ci ildə uçuş həyata keçirən alman kəşfiyyatçı təyyarəsi Məmməd Bağırovun başçılığı ilə Bakının Hava hücumundan Müdafiə qüvvələri tərəfindən vuruldu.

Artıq Sovet Ordusu rəhbərliyi Bakının başı üzərində qara buludların dolaşdığını dərk etdilər. 1942-ilin sonunda Bakının hava hücumundan qorunması məqsədilə Orta Asiyada yerləşən Hava Hücumundan ibarət bir diviziya Bakıya gətrildi. Bundan sonra sovet ordusu rəhbərliyi təhlükənin miqyasını anladılar. Məmməd Bağırovun cəsarətinə və hərbi biliyinə heyran qalan general-leytenant Vasili Smolnikov öz xatirələrində yazırdı: ”Mən onu 1942-ci ilin əvvəlində daha yaxından tanıdım. Alman kəşfiyyat təyyarələrinin hücumunun qarşısını almaq lazım olan anda o soyuqqanlıqla əmr verməklə yanaşı, özü də atəş həyata keçirdirdi. O, mənim gözlərim önündə alman təyyarəsini vurdu.”

Polkovnik Məmməd Bağırov 1944-cü ildə əla xidmətinə görə general-mayor rütbəsi ilə təltif edilir. Müharibə hamı kimi ona da bəd üzünü göstərmişdi. Gənc yaşında general rütbəsini alması, habelə onun böyük nüfuza sahib olması onu istəməyənlərin qısqnclığına səbəb olurdu. Hər zaman millətimizə düşmən kəsilən ermənilər general-mayor Məmməd Bağırov haqda yuxarılara anonim şikayətlər yazırdılar. Lakin o, bütün bu cətinliklərə əminliklə sinə gərməyi bacardı.

Ermənilər həmişəki kimi yenə öz mənfur əməllərindən əl çəkmək istəmirdilər. Onlar yeni-yeni planlar üzərində baş sındırır, gənc və perspektivli generalı sıradan cıxarmaq istəyirdilər. Gənc generalın səhhətində ciddi problemlər olmasa da, Moskvada adi tibbi müayinədən sonra vəziyyətinin ağırlaşmağa başlaması, sonradan sağalmaz xəstəliyə düçar olması ona qarşı sui-qəsd edilməsi ehtimalını acıq-aydın təsdiq edirdi.

Ordudakı ermənilər generalı müayinə adı ilə təkidlə Moskvaya dəvət etməsi sonralar öz təsdiqini tapdı. Generalı Moskada müalicə edən həkimin milliyyətcə erməni olması və ona vurulan iynədən sonra ağ ciyərində xərçəng xəstəliyi diaqnozu ilə tezliklə vəfat etməsi sübut edir ki, onun ölümü təsadüfi olmayıb, qabaqcadan ermənilər tərəfindən təşkil olunub.

Maraqlıdır ki,1944-cı ildə SSRİ ordu rəhbərliyi tərəfindən hazırlanan, müharibədə yüksək peşəkarlıq göstərən 1000 nəfər zabit işərisində Məmməd Bağırovun da adı olub. Çoxları onun öldürülməsinin səbəbini məhz bunda görürdü. Hətta arxiv sənədlərində yazılır ki, Müharibə vaxtı Hitlerin gizli kəşfiyyat əmrinə görə bu insanlar aradan götürülməli imiş.

General-mayor Məmməd Bağırov 1946-cı ilin dekabrın 26-da vəfat etdikdən sonra demək olar ki, tamamilə unudulur. Sovetlər Birliyi dövründə general-mayor Məmməd Bağırovun adına heç yerdə rast gəlmək mümkün olmur. Bu sırf qurulmuş təşkilati işlərin nəticəsi idi. Bəziləri bunu qatı millətçi olduğu qeyd edilən generala qarşı aparılan bir işin tərkib hissəsi olduğunu bildirirdilər. Məmməd Bağırovun dostlarından biri olan Hüseyn Əliyev çox illər sonra öz xatirələrində yazırdı: ”Məmmədə qarşı sovetlər zamanında çox amansız davrandılar. O, bütün təzyiqlərə baxmayaraq öz yoluna davam edirdi. Elə məhz buna görə onu öldürdülər. Burada başqa söhbət ola bilməzdi, o, öldürülmüşdü və bunu ermənilər həyata keçirmişdilər.”

General Məmməd Bağırova qarşı münasibət müharibədən sonra xeyli dəyişmişdi, ona qarşı laqeydlik, diqqətsizlik özünü büruzə verirdi. Bunu generalın öz dostu Qəzənfərə yazdığı məktub da sübut edir. Məktubda deyilir: “Mənim 44 yaşım var, onun 26 ilini fasiləsiz olaraq hərbi qulluqda olmuşam. Bu dövrdə Vətənə xidmət edərkən öz xalqımı və vətənimi qorumuşam… …çoxları rahat oxumuş, həkim, mühəndis, professor olmuşdur. Mənə elə gəlir ki, hərbi qulluqçu olmasaydım mən də onların biri olardım. Onu demək istəyirəm ki, bu yoldaşların sakit həyat sürməsində, oxumasında, təhsil almasında mənim də müəyyən rolum var… Bakını möhkəmləndirmək və xalqımın əməyini qorumaq üçün mən öz qabiliyyətimi, təcrübəmi və əsəblərimi əsirgəmədən bütün enerjimi sərf etmişəm… 1941-ci ili yadına sal, ya da sənədləri qaldır bax, gör mənə qədər Bakı şəhərində hava hücumundan müdafiə nə vəziyyətdə idi. Heç kəsə sirr deyil ki, Hava Hücumundan Müdafiə bizim respublika üçün ləkə idi. Bizdə çox qısa zamanda Azərbaycan Mərkəzi Komitəsi və Nazirlər Sovetinin köməyilə çox yaxşı kollektiv yarandı. 2-3 ay ərzində alman faşistlərinin ölkəmizə hücumuna qədər müasir elmin və texnikanın tələblərinə cavab verən Yerli Hava Hücumundan Müdafiə yenidən yaradıldı… Bu da bir çox yoldaşların SSRİ tərəfindən mükafatlandırılması ilə öz nəticəsini göstərdi. Lakin bizlərə – azərbaycanlılara qarşı biganəlik məni yaman üzür. Bizi hər zaman sıxışdırırlar.”

Əsl peşəkar hərbçi kimi tapşırılan bütün işlərin öhdəsindən layiqincə gələn general-mayor Məmməd Bağırov haqsızlığa qarşı öz səsini ucaldırdı. Məhz buna görə onu orduda sevməyənlər var idi. O hər zaman azərbaycanlı olmağı ilə fəxr edirdi. Elə buna görə ordu rəhbərliyi tərəfindən o ölümündən sonra da yada salınmırdı.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki