image-photo-2022-04-09-14-48-48backend

Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq.

image-reklam_sirab_01

Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır.

Aİ və Azərbaycan arasında bir sıra sahələrdə gücləndirilmiş və qarşılıqlı faydalı əməkdaşlığı əks etdirmək, əsas sektorlarda siyasi dialoqu gücləndirmək və ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulmuş yeni və yenilənmiş çərçivə sazişi üzrə danışıqlar irəliləyən mərhələdədir.
Azərbaycan həm Aİ tərəfindən, həm də Aİ-nin digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sektorlar üzrə çoxsaylı layihələr həyata keçirilmişdir və hazırda da keçirilməkdədir.

Avropa İttifaqı ilə əlaqələr indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq – Qərb nəqliyyat – kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirmişdir. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” “Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” , “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” , “Humanitar yardım” və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

Aİ üçün Azərbaycan regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri ilə genişmiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. İkincisi, Azərbaycan tranzit mövqeyinə görə Aİ-nin Şərq – Qərb nəqliyyat dəhlizi konsepsiyasının əsas ölkələrindən biridir. Üçüncüsü, Azərbaycan islam ölkəsi olmasına baxmayaraq, dünyəviliyini qoruyub saxlayır və əhalisi tolerantdır.

Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.
Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olmuşdur. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır.

Abdullayev Rafiq Nəsimi Rayonu Ağsaqqallar Şurasının üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki