image-1backend

Rusiya Ukraynaya zərbə endirdi

image-reklam_sirab_01

Ukrayna hakimiyyəti Rusiya ordusunun Xarkovu C-300 raketi ilə vurduğunu açıqlayıb. Vətəninfo.az-ın  məlumatına görə , Xarkov meri İqor Terekov özünün Telegram kanalında yazıb ki, hücum nəticəsində 2 nəfər, o cümlədən 11 yaşlı uşaq yaralanıb.

Bundan əlavə, 26 fərdi evə ziyan dəyib, onlardan ikisi tamamilə dağılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gecə saatlarında Rusiya qüvvələrinin ölkə ərazisinə 10 pilotsuz təyyarənin buraxıldığını, onların hamısının vurulduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiya qüvvələrinin ballistik raketlərlə eyni vaxtda cənub və şimal istiqamətlərindən hücuma keçdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi Bryansk, Moskva və Belqorod vilayətlərinin hava məkanında 5 PUA-nın  vurulduğunu bildirib. Müxtəlif mənbələr Kaluqa yaxınlığındakı neft emalı zavodunun da vurulduğunu bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki