image-1backend

Husilər Britaniya gəmisinə hücum etdi

image-reklam_sirab_01

Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdindəki Britaniya Dəniz Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Ədən limanı sahillərində gəmiyə hücum edildiyini bildirib.

Vətəninfo.az-ın məlumatına görə , UKMTO Yəmənin Ədən şəhərindən 195 dəniz mili (361,1 kilometr) şərqində baş verən insidentlə bağlı məlumat alıb.

“Ticarət gəmisinə rəhbərlik edən şəxs bildirdi ki, göyərtədə silahları və nərdivanları olan 5-6 nəfərlə kiçik bir gəmi onlara yaxınlaşıb. Ticarət gəmisi özünümüdafiə tədbirləri görüb, bundan sonra kiçik gəminin göyərtəsində olan şəxslər ticarət gəmisinə atəş açıblar”, – departamentin məlumatında deyilir.

Ticarət gəmisi cavab atəşi açdı, bundan sonra kiçik gəmi yaxınlaşmağı dayandırdı.

UKMTO gəmilərə ərazidə ehtiyatla hərəkət etməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən Yəmənin şimalında hakim Ənsar Allah (Husilər) hərəkatı İsraillə HƏMAS arasında döyüşlər oktyabrın 7-də başlayandan bəri fələstinlilərə dəstək vəd edərək, İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum edəcəyinə söz verib. ABŞ və İngiltərə Yəməndə husilərin hədəflərinə bir sıra hücumlar həyata keçirsə də, onların hücumları dayanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki