image-fb_img_1714849284524backend

53 saylı tam orta məktəbin şagirdləri daha bir uğura imza atıb – FOTOLAR

image-reklam_sirab_01

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının şəhər mərhələsinin növbəti turu keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıblar.

Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.

“Şahin” hərbi-idman oyunlarının şəhər mərhələsində Yasamal rayonunu təmsil edən 53 saylı tam orta məktəbin komandası yenə uğur qazanıb. Məktəbin komandası şəhər mərhələsində uğurlu çıxış edərək lll yerə layiq görülüblər.

Biz də komandanı bu uğurlu çıxışı münasibətilə təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki