image-1backend

Əhmədinejadın  Macarıstana səfəri etiraza səbəb oldu: “Holokost qurbanlarına təhqirdir”

image-reklam_sirab_01

Vətəninfo.az BBC istinadən xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Macarıstana səfəri ölkədəki yəhudi icmasının və İsrailin Budapeştdəki səfirliyinin reaksiyası ilə nəticələnib.
Məlumata görə, yəhudi icması və İsrail səfirliyi Holokostu dəfələrlə inkar edən Mahmud Əhmədinejadı “Qlobal Ətraf Mühitdə Ümumi Dəyərlər” mövzusundakı konfransa dəvət edən Ludovika Dövlət Xidmətləri Universitini tənqid edib və bunu Holokost qurbanlarına təhqir kimi dəyərləndirib.
Bildirilib ki, mayın 6-da başlayan konfrans bu gün sona çatıb.
Qeyd olunub ki, Əhmədinejad keçmişdə dəfələrlə II Dünya Müharibəsi zamanı 6 milyon insanın öldürülməsi ilə nəticələnən Yəhudi soyqırımını “mif” və “yalan” adlandırıb. Bununla yanaşı, o, Holokostu İsrail dövlətinin qurulmasına yol açmaq üçün psixoloji əməliyyat kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki