image-1backend

Naxçıvanda faciə: İki tələbə göldə boğulub ÖLDÜ

image-reklam_sirab_01

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Vətəninfo.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.

Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır. Ölən şəxslərin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki